Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib
17.05.2026 [12:50]
Xəbərin mətni
Azərbaycanın bu mühüm forumu yüksək səviyyədə təşkil etməsinə görə təşəkkür edirik. Yeni Şəhərsalma Proqramının qəbulundan ötən 10 il ərzində əsas məsələ konkret nəticələrin əldə olunmasıdır. Litva üçün mənzil təminatı yalnız bir sektor deyil, təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasının əsasını təşkil edir. Bu fikirləri Litvanın Ətraf Mühit Nazirliyinin kansleri Povilas Poderskis Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nazirlər səviyyəsində keçirilən dəyirmi masada səsləndirib.