Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır

17.05.2026 [13:02]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumu urbanizasiya problemlərinin müzakirə olunduğu mühüm platformadır. Forumun builki sessiyasının əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir. Bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Kuala Lumpurun sabiq meri Maimuna Mohd Şərif deyib.