Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər

17.05.2026 [13:07]

Xəbərin mətni

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dünyada insanların üzləşdikləri mənzil böhranına qarşı bütün səviyyələrdə siyasətlərin hazırlanması və konkret həll yollarının tapılması üzərində işləyirlər. Bunu jurnalistlərə açıqlamasında BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.