İran rəsmisi: Gələcəkdə daha təhlükəsiz şəhərlərin qurulması üçün praktik və tətbiq oluna bilən həllərə ehtiyac var
17.05.2026 [13:16]
Xəbərin mətni
İran iqtisadi təzyiqlərə baxmayaraq dayanıqlı şəhər inkişafı, urbanizasiya və sosial rifah sahəsində fəaliyyətini davam etdirir. Ölkədə şəhər infrastrukturlarının genişləndirilməsi, çoxölçülü yoxsulluğun azaldılması, icmaəsaslı şəhər yenilənməsi proqramlarının həyata keçirilməsi, həmçinin iqlim dəyişikliklərinə qarşı dayanıqlılıq və tullantıların idarə olunması istiqamətində mühüm addımlar atılır. Bu barədə İranın yol və şəhərsalma nazirinin şəhərsalma və memarlıq üzrə müavini Qulamrza Kazemian Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı bildirib.