Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır

17.05.2026 [13:38]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində təcrübə və həll yollarının paylaşılması baxımından mühüm platformadır. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Habitat Peşəkarları Forumunun həmsədri, Dayanıqlı Urbanizasiya Konsorsiumunun təsisçilərindən biri Lans Braun deyib.