Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistanlı iştirakçı: Şəhərlərin tikilməsi və inşası ilə bağlı bütün ölkələr lazımi məlumatları öyrənməlidir

17.05.2026 [13:40]

Xəbərin mətni

Hindistan və Azərbaycanın tarixdən, keçmişdən gələn çoxlu ortaq cəhətləri var. Düşünürəm ki, ölkələrimiz arasında çox yaxşı münasibətlərimiz olub. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, “Slum Dwellers International” (SDI) təşkilatının qurucu üzvlərindən Celine Dcruz deyib.