Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

17.05.2026 [13:51]

Xəbərin mətni

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etməkdə məqsəd iqlim dəyişikliyi və sürətli şəhərləşmənin kəsişməsindən yaranan problemlərin müzakirəsidir. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) nümayəndəsi Reinero Flores deyib.