Malavili nümayəndə: Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər
17.05.2026 [13:53]
Xəbərin mətni
Azərbaycan urbanizasiya və infrastrukturun müasirləşdirilməsi sahəsində digər inkişaf etməkdə olan ölkələr üçün mühüm nümunə ola bilər. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən, Malavinin Torpaq, Mənzil və Şəhərsalma Nazirliyinin Mənzil departamentinin direktoru Vezzi Madzi deyib.