Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə rəsmisi: Biz dağıtmağı deyil, qurmağı sevən millətik

17.05.2026 [14:06]

Xəbərin mətni

Qarabağ uzun illər işğal altında qalmışdı. Oradakı bir çox tarixi tikililər, şəhərlər və rəmzi məkanlar həmin dövrdə ciddi şəkildə dağıdılmışdı. Amma türk milləti olaraq bizim bir xüsusiyyətimiz var. Dağıtmağı deyil, qurmağı sevən millətik. Buna görə də azadlıqdan sonra azərbaycanlı qardaşlarımız Qarabağın yenidən qurulması istiqamətində çox sürətli bir prosesə başladılar. Bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut söyləyib.