Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ömər Bulut: Azərbaycan dayanıqlı və əlçatan mənzil istiqamətində mühüm addımlar atır

17.05.2026 [14:14]

Xəbərin mətni

Türkiyədə olduğu kimi, Azərbaycanda da sosial mənzil konsepsiyası geniş yayılıb. Əhali sayına görə Türkiyədə tikinti daha çox olsa da, Azərbaycanda da sosial mənzillərə ciddi önəm verildiyini görürük. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti var və MİDA müxtəlif bölgələrdə sosial mənzillər inşa edir. Bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut səsləndirib.