Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var
17.05.2026 [14:24]
Xəbərin mətni
Bu gün biz Şərq ilə Qərbin kəsişməsində, Xəzər dənizinin sahilində bir araya gəlmişik. Ümumdünya Şəhərsalma Forumu çərçivəsində qlobal və çoxtərəfli tərəfdaşlığı gücləndirmək üçün toplanmışıq. Bura bəşəriyyət üçün şəhərsalmanın gələcəyini quracağımız strateji bir məkandır. Bunu Mexiko şəhər hökumətinin başçısı Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyaların birgə açılış sessiyasında deyib.