Nazir: Azərbaycan dayanıqlı şəhərlər qurmaq üçün dünya şəhər gündəliyinə kömək etməkdə çox böyük rol oynaya bilər
17.05.2026 [14:40]
Xəbərin mətni
Cənubi Afrika Respublikası üçün Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək böyük məmnuniyyətdir. Biz inanırıq ki, Azərbaycan dayanıqlı şəhərlər qurmaq, iqlim dəyişikliyini və icmalarımızın ehtiyac duyduğu inkişafı araşdırmaq üçün dünya şəhər gündəliyinə kömək etməkdə çox böyük rol oynaya bilər. Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Cənubi Afrika Respublikasının İnsan Məskunlaşması naziri Thembisile Simelane deyib.