WUF13-ün iştirakçısı: Bu tədbir davamlı şəhərsalma ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır
17.05.2026 [15:04]
Xəbərin mətni
Dünyada urbanizasiya prosesinin çox sürətlə getdiyi, şəhərlərə axının olduğu və bunun nəticəsində insanların təklif edilən xidmətlərin çatışmazlığı ilə üzləşdiyi bir dönəmdə belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Dora Morema deyib.