Yalçın Rəfiyev: WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatı üçün mühüm platformadır
17.05.2026 [15:05]
Xəbərin mətni
Bu gündən artıq Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) işinə başlayıb. Bu, xüsusilə COP29-dan sonra Bakıda keçirilən olduqca tarixi, əlamətdar tədbirdir. Bu iki əlamətdar hadisə - iqlim prosesi və şəhərsalma arasında körpü qurulması sahəsində Azərbaycanın töhfəsi yüksək qiymətləndirilir. WUF13-ə maraq və iştirak səviyyəsi kifayət qədər yüksəkdir. Bu tədbirdə ilk dəfədir ki, bu qədər geniş və fərqli seqmentləri əhatə edən böyük iştirakçı kütləsi müşahidə olunur. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev söyləyib.