Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ana Kristina İngles: WUF hər bir şəhər üçün əsl fürsətdir

17.05.2026 [15:37]

Xəbərin mətni

Hər hansı bir şəhərin nümunəvi modelə çevrilməsi üçün əsas şərt icmaların rəyini dinləmək, onların real ehtiyaclarını müəyyənləşdirmək və inkişafı təmin edəcək zəruri investisiyaların cəlb olunmasını stimullaşdırmaqdır. Həmçinin uzunmüddətli perspektivdə bu təşəbbüslərin davamlılığını təmin edəcək müvafiq siyasətlərin formalaşdırılmasıdır. WUF13-ə ev sahibliyi edən Bakının da yeni yanaşmaları öyrənmək üçün böyük fürsəti var. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Anqola Şəhər Laboratoriyasının nümayəndəsi Ana Kristina İngles deyib.