Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur
17.05.2026 [15:54]
Xəbərin mətni
Azərbaycanda dayanıqlı şəhərsalma istiqamətində həyata keçirilən siyasət çərçivəsində gənclərə xüsusi diqqət yetirilir. Xüsusilə Şuşa və Lənkəran kimi regionlarda gənclərin inkişafına yönələn proqramlar geniş şəkildə icra olunur. Bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.