Nazir müavini: Müasir şəhərsalmada əhalinin bütün təbəqələri üçün bərabər imkanlar yaradılmalıdır
17.05.2026 [15:57]
Xəbərin mətni
Gələcək şəhərlərdə insanların rahatlığı və ictimai nəqliyyatın havanı çirkləndirməməsi təmin olunmalıdır. Yeni şəhərlərin tikintisi üçün elə ərazilər seçilməlidir ki, orada infrastruktur yaratmaq məqsədəuyğun olsun və şəhərdə düzgün infrastruktur qurulsun. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən İranın yol və şəhərsalma nazirinin müavini Həbibullah Təherkhani deyib.