Azərbaycan Dövlət İnformasiya Agentliyi

Banqladeşli nümayəndə: WUF13 çərçivəsində keçirilən həll laboratoriyaları şəhərlərin gələcəyinə dair praktik töhfə verəcək

17.05.2026 [16:17]

Xəbərin mətni

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasında təşkil olunan həll laboratoriyaları şəhərlərin gələcəyi ilə bağlı innovativ ideyaların və praktik təkliflərin hazırlanmasına xidmət edəcək. Bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasının iclasında banqladeşli, SERAC təşkilatının icraçı direktoru SM Shaikat səsləndirib.