Anaklaudia Rossbax: Su və sanitariya xidmətləri dayanıqlı şəhərlərin əsasını təşkil edir
17.05.2026 [17:30]
Xəbərin mətni
Su və sanitariya xidmətləri dayanıqlı urbanizasiyanın əsas dayaqlarından biridir. Bu xidmətlərin əlçatanlığının artırılması həm insanların həyat keyfiyyətinin yüksəldilməsi, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansının Assambleyasında (GWOPA) çıxışı zamanı deyib.