Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin Su üzrə Xüsusi Elçisi: Su və sanitariya xidmətlərinə çıxış hələ də milyardlarla insan üçün əlçatmazdır

17.05.2026 [18:56]

Xəbərin mətni

Dünyada milyardlarla insan hələ də təhlükəsiz içməli su və sanitariya xidmətlərindən məhrumdur. BMT-nin Su üzrə Xüsusi Elçisi Retno Marsudi Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyası (GWOPA) çərçivəsində keçirilən su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələlərinin müzakirəsi zamanı bildirib.