BMT-nin Xüsusi Elçisi: 2 milyarddan çox insanın hələ də təhlükəsiz içməli suya çıxışı yoxdur
17.05.2026 [19:27]
Xəbərin mətni
2 milyarddan çox insanın hələ də təhlükəsiz içməli suya çıxışı yoxdur. 3,5 milyard insan hələ də təhlükəsiz şəkildə idarə olunan sanitariya şəraitindən məhrumdur. 2050-ci ilə qədər qlobal əhalinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Buna görə də su perspektivini şəhərsalma siyasətinə inteqrasiya etməkdən başqa yolumuz yoxdur. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin Su üzrə Xüsusi Elçisi Retno Marsudi deyib.