Azərbaycan Dövlət İnformasiya Agentliyi

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik

17.05.2026 [20:20]

Xəbərin mətni

Slovakiya BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) çox aktiv rol oynayır. Bu ölkə su ehtiyatlarının idarə olunması, eləcə də şəhərlərin keyfiyyətli su ilə təmin edilməsi sahələrində zəngin təcrübəyə malikdir. Ona görə də icmalara dəstək olaraq bu sahələrlə bağlı təcrübəmizi bölüşməyi və beynəlxalq əməkdaşlığı özümüz üçün prioritet müəyyən etmişik. Bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba səsləndirib.