Azərbaycan Dövlət İnformasiya Agentliyi

Afrikalı ekspert: Yaşıl enerji şəhərlərin davamlı inkişafı üçün vacibdir

17.05.2026 [20:58]

Xəbərin mətni

Müasir şəhərlərin inkişafında yaşıl enerjinin rolu çox böyükdür. Çünki üzləşdiyimiz problemlər, xüsusilə Afrika ölkələrində faydalı qazıntı yataqlarının az olduğu bir şəraitdə şəhərlərin davamlı inkişafı üçün yaşıl enerjinin əhəmiyyəti çox böyükdür. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən afrikalı ekspert, “Huayrou” Komissiyasının Afrika üzrə Regional Koordinatoru Mino Harivelo Ramaroson deyib.