Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: WUF13 Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirir

18.05.2026 [10:05]

Xəbərin mətni

Bu gün təkcə Azərbaycan üçün deyil, bütövlükdə qlobal şəhərsalma ictimaiyyəti üçün mühüm gündür. Növbəti günlərdə Bakı hökumətlərin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin, gənclərin, qadınların, özəl sektorun və yerli icmaların görüş məkanına çevriləcək. Bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.