Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malayziyalı nazir: WUF13-də aparılan müzakirələr şəhərlərin daha inklüziv və dayanıqlı olması üçün praktik yanaşmalara həsr olunub

18.05.2026 [10:32]

Xəbərin mətni

Şəhərlər sadəcə binalar toplusu deyil, insan hekayələrinin məkanıdır. Urbanizasiya cəmiyyətləri görünməmiş sürətlə dəyişdirir və biz bu prosesə yalnız rəqəmlərlə deyil, insan amili prizmasından yanaşmalıyıq. Bu fikirləri Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Kor Minq Nqa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.