Anaklaudia Rossbax: WUF13 urbanizasiya ilə bağlı qlobal fəaliyyətin yenidən düşünülməsi üçün platformadır
18.05.2026 [10:34]
Xəbərin mətni
Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün şəhərlər inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı olmalıdır. Bu forumun əsas mesajı aydındır: mənzil məsələsi torpaq idarəçiliyi, əsas xidmətlər, iqlim fəaliyyəti, icma inkişafı və iqtisadi imkanlarla inteqrasiya olunmuş şəhər həllərinin mərkəzində dayanmalıdır. Bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günü təşkil olunan mətbuat konfransında səsləndirib.