Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kor Minq Nqa: WUF13-dən sonra insanların ehtiyaclarına cavab verən evlərin tikintisinə daha çox diqqət yetirməliyik

18.05.2026 [10:40]

Xəbərin mətni

Yeni Şəhər Gündəliyinin icrası üzrə müəyyən edilmiş 20 illik dövr artıq yarı mərhələyə çatıb və 2036-cı ilədək qarşıya qoyulan hədəflərin həyata keçirilməsi təmin olunmalıdır. Bu fikirləri Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Kor Minq Nqa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlaması zamanı deyib.