BMT rəsmisi: Mənzil böhranının həlli üçün qlobal əməkdaşlıq və yeni mexanizmlər vacibdir
18.05.2026 [10:49]
Xəbərin mətni
Bu gün dünya şəhərləri ciddi çağırışlarla üz-üzədir. Şəhərlərin necə planlaşdırılması, dayanıqlı yaşayış məkanlarının yaradılması və sosial rifahın təmin olunması artıq qlobal gündəliyin əsas mövzularından birinə çevrilib. Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı mətbuat konfransında təşkilatın Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirib.