Şamaxı WUF13 çərçivəsində xarici qonaqlara Azərbaycanın turizm zənginliyini nümayiş etdirəcək
18.05.2026 [11:28]
Xəbərin mətni
Dağların qoynunda qərar tutan, səhərlərini duman, axşamlarını isə sərin meh ilə qarşılayan Şamaxı Azərbaycanın turizm xəritəsində xüsusi yer tutur. Füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi, zəngin tarixi irsi, kənd turizmi imkanları və sürətlə inkişaf edən hotelçilik infrastrukturu rayonu həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu bölgələrdən birinə çevirib.