Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb

18.05.2026 [11:41]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı və ekoloji məsuliyyətli mənzil sektorunun inkişafı, eləcə də rəqəmsal texnologiyaların bu sahədə rolu müzakirə olunub. GSMA-nın (Global System for Mobile Communications Association) iqlim texnologiyaları və rəqəmsal kommunal xidmətlər üzrə baş təşviqat rəhbəri Leyla Quiçi WUF13 çərçivəsində keçirilən assambleyaların bağlanış sessiyasında çıxış edib.