Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsinə çevrilməlidirlər

18.05.2026 [12:19]

Xəbərin mətni

Gənclər üçün ayrıca platformaların yaradılması vacib olsa da, əsas məqsəd onların qərarvermə prosesində dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə iştirakını təmin etməkdir. Bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Assambleyaların birgə bağlanış sessiyasında “Müxtəlif səsləri ortaq prioritetlərə və əməli öhdəliklərə necə çevirə bilərik” mövzusunda təşkil olunan müzakirədə çıxış edən UN-Habitat Gənclər Məsləhət Şurasının Afrika üzrə ikinci prezidenti Conatan Some səsləndirib.