Aziz Akobayev: Məskunlaşma problemi qarşılıqlı əməkdaşlıq yolu ilə aradan qaldırıla bilər
18.05.2026 [19:29]
Xəbərin mətni
WUF13-ün Bakıda keçirilməsi bizim üçün faydalı və səmərəlidir. Ölkələrimizin strateji tərəfdaş olması müasir şəhərsalmada həm təcrübə mübadiləsi aparmaq, həm də qarşılıqlı sərmayə yatırılması üçün geniş imkanlar yaradıb. Son illər Özbəkistanda keçirilən iqtisadi və siyasi islahatlar yeni şəhərsalma prosesini sürətləndirib. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Özbəkistanın Məskunlaşma və Dayanıqlı Mənzil Bazarının İnkişafı üzrə Milli Komitəsinin rəis müavini Aziz Akobayev deyib.