Bəhreynli nazir: Ölkəmiz Azərbaycanla işgüzar əlaqələr qurmaq niyyətindədir
18.05.2026 [20:57]
Xəbərin mətni
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın bir çox ölkələrinin iştirak etməyə böyük maraq göstərdiyi əsas beynəlxalq platformalardan biridir. Biz Bəhreyn Krallığından gəlmişik və burada müxtəlif sessiyalarda iştirak edirik. Həmçinin burada sosial mənzillərin təmin olunması istiqamətində özəl sektorla həyata keçirdiyimiz layihələri nümayiş etdirən stendimiz var. Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda keçirilən WUF13-də iştirak edən Bəhreynin mənzil və şəhərsalma naziri Amna bin Ahmed Al Rumaihi səsləndirib.