İcraçı direktor: Dünyada 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışında problem var
19.05.2026 [11:10]
Xəbərin mətni
Dünyada 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışında problem var. Eyni zamanda, kanalizasiya problemi yaşayan insanların da sayı həddindən artıq çoxdur. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: Plan nədir?” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.