Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnarə Ənsari: Azərbaycan tam elektron və təmassız əlillik qiymətləndirmə sistemi yaradıb

19.05.2026 [12:19]

Xəbərin mətni

Əlilliyi olan şəxslərin sosial müdafiəsi və hüquqları Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan tam elektron və təmassız əlillik qiymətləndirmə sistemi yaradıb. AZƏRTAC xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda keçirilən beynəlxalq təlimdə çıxış edərkən deyib.