Kamerun nümayəndəsi: Azərbaycanın davamlı inkişaf istiqamətində mühüm rolu var
19.05.2026 [12:36]
Xəbərin mətni
WUF13 dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından mühüm platformadır. Sessiya hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrini bir araya gətirərək həm layihələrin təqdim olunmasına, həm də qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Kamerundan olan iqtisadiyyat üzrə PhD namizədi və “World Cameroon” təşkilatının rəhbəri Miriam Nakita Bossogueno Aboya deyib.