Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamerundan olan tədqiqatçı: Tikintidə iqlimə az təsir edən üsullara üstünlük verilməlidir

19.05.2026 [12:54]

Xəbərin mətni

WUF13 dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şəhərlər insanların yaşadığı əsas məkanlardır və yaşayış evlərinin münasib qiymətə, eyni zamanda keyfiyyətli şəkildə tikilməsi olduqca vacibdir. Əks halda, bu, bir sıra problemlərə, xüsusilə də iqlim dəyişikliyi ilə bağlı ekoloji problemlərə səbəb olur. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kamerundan olan tədqiqatçı Lbe Ltoh deyib.