Meksikalı nümayəndə: Şəhərlərin inkişafında inklüzivlik əsas çağırışdır
19.05.2026 [13:40]
Xəbərin mətni
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya şəhərlərinin gələcəyi baxımından olduqca mühüm platformadır. Azərbaycanda olmaq və bu mövzuların qlobal səviyyədə necə müzakirə olunduğunu görmək çox maraqlıdır. Bunu AZƏRTAC-a açıqlamasında Meksikanın Guadalajara Universitetinin nümayəndəsi Eliot Vinsent Gomez Gonzalez deyib.