Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin xüsusi nümayəndəsi: Biz inanırıq ki, sosial faktor və sosial-iqtisadi məsələlər iqtisadi fəaliyyətin aparıcı qüvvəsidir

19.05.2026 [13:47]

Xəbərin mətni

30 il ərzində Azərbaycanın əraziləri dağıdılmışdı və biz sıfırdan başlamalı idik. Biz inanırıq ki, sosial faktor və sosial-iqtisadi məsələlər bir-birilə bağlıdır, həm də bu, iqtisadi fəaliyyətin aparıcı qüvvəsidir. AZƏRTAC xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzilin sosial və iqtisadi gücü. Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı deyib.