Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır
19.05.2026 [14:11]
Xəbərin mətni
Bu gün şəhərlərin əsas problemlərindən biri kənd yerlərindən şəhərlərə artan miqrasiyadır. Bu isə mənzil təminatı, qeyri-rəsmi yaşayış sahələri, su, yol və ictimai nəqliyyat infrastrukturu üzərində ciddi təzyiq yaradır. Bunu AZƏRTAC-a açıqlamasında Cənubi Afrika Respublikasının Free State əyalətində İnsan Məskunlaşması və Yerli İdarəetmə üzrə icra şurasının üzvü Teboho Mokoena deyib.