Gülşən Rzayeva: Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır
19.05.2026 [14:28]
Xəbərin mətni
Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır. COP və WUF təşəbbüsləri bir-biri ilə sıx bağlıdır və Azərbaycan şəhərsalma təşəbbüslərinin ekoloji layihələrə inteqrasiyasına xüsusi önəm verir. Bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva bildirib.