Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anaklaudia Rossbax: Qlobal mənzil böhranının həlli QHT-lərsiz mümkün deyil

19.05.2026 [16:34]

Xəbərin mətni

Şəhərsalma və mənzil siyasətləri müxtəlif tərəflərin birgə iştirakı ilə formalaşdırılmalıdır. Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax söyləyib.