Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyalı nümayəndə: WUF13 gələcəyin şəhərlərinin necə qurulmalı olduğunu nümayiş etdirir

20.05.2026 [21:15]

Xəbərin mətni

Jurnalist kimi ilk dəfədir ki, Bakıya səfər edirəm. COP29 tədbiri zamanı Azərbaycana gələ bilmədiyim üçün təəssüflənirəm. Çünki bu, beynəlxalq gündəm və beynəlxalq tədbirlər üçün inşa edilmiş gözəl ab-havaya malik fantastik bir şəhərdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Anastasiia Lutçenko söyləyib.