Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistan rəsmisi: Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində nəticələri diqqətçəkəndir

21.05.2026 [10:17]

Xəbərin mətni

Azərbaycanın şəhərsalma, infrastruktur və tarixi irsin qorunması sahəsində əldə etdiyi nəticələr həqiqətən diqqətçəkəndir. Bu barədə AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Pakistanın Pəncab əyalətinin Mənzil Tikintisi, Şəhərsalma və İctimai Səhiyyə Departamentinin katibi Nur-ul-Amin Menqal deyib.