Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Hüseynov: Bərpa-quruculuq işləri ilə bağlı dünyaya göstərəcək çoxlu nümunələrimiz var

21.05.2026 [10:23]

Xəbərin mətni

Belə bir tədbirin Bakıda keçirilməsi çox əlamətdardır. Çünki son illərdə Azərbaycan şəhərsalma sahəsində dünyada özünəməxsus bir yerə malikdir və əldə olunan nailiyyətlər, aparılan bərpa-quruculuq işləri, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Sözsüz ki, dünyaya göstərəcək çoxlu nümunələrimiz var. Eyni zamanda, bu, bizim üçün dünyadakı qabaqcıl beynəlxalq təcrübələri öz işimizdə tətbiq etmək baxımından böyük bir imkandır. Bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.