Emin Hüseynov: İnsanlar üçün sadəcə evlər tikilmir, onlara iş şəraiti və həyat üçün bütün şərait yaradılır
21.05.2026 [10:32]
Xəbərin mətni
Bu gün işğaldan azad olunmuş ərazilərdə bütün layihələr, bütün yaşayış məntəqələri ən qabaqcıl şəhərsalma prinsiplərinə əməl edilməklə bərpa olunur. Sözsüz ki, "ağıllı şəhər", "ağıllı kənd" prinsipləri ən ümdə prinsiplərdəndir və biz də öz işimizdə onu tətbiq edirik. Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi deyib.