Prezidentin xüsusi nümayəndəsi: Ölkədə ilk dəfə ikitərəfli sayğaclar işğaldan azad olunmuş ərazilərdə tətbiq edilir
21.05.2026 [10:34]
Xəbərin mətni
Biz işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün layihələrimizdə "yaşıl zona" prinsiplərini tətbiq etməyə çalışırıq. Sözsüz ki, burada iqtisadi səmərəlilik ən vacib məsələdir. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.