Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Hüseynov: Qarabağda və Şərqi Zəngəzurda elektrik enerjisi mənbəyinin böyük əksəriyyəti alternativ enerjidən qaynaqlanır

21.05.2026 [10:35]

Xəbərin mətni

Qarabağda və Şərqi Zəngəzurda elektrik enerjisinin mənbəyinə baxsaq, onun böyük əksəriyyəti mahiyyət etibarilə alternativ enerji mənbələrindən qaynaqlanır. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.