Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Hüseynov: Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər köçürülüb

21.05.2026 [10:43]

Xəbərin mətni

İndiyədək Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər əhalinin köçü həyata keçirilib. Orada çalışanları da nəzərə alsaq, hazırda həmin rayonlarda 50 mindən çox insan yaşayır, işləyir və fəaliyyət göstərir. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.