Azərbaycan müasir şəhərsalma, yaşıl enerji və rəqəmsal idarəetmə prosesinə inteqrasiya edir – Xüsusi nümayəndə
21.05.2026 [10:50]
Xəbərin mətni
Azərbaycan müasir şəhərsalma, yaşıl enerji, rəqəmsal idarəetmə və davamlı infrastrukturu yenidənqurma prosesinə inteqrasiya edir. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları vasitəsilə biz Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiyaya əsaslanan və davamlı icmalar formalaşdırırıq. Baş Qərvənd və Dövlətyarlı kəndləri bu sahədə aparıcı nümunələrdir. Bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.